“Daşkənd baharı-2017” IV Beynəlxalq Opera və Balet festivalı

 

Əlişir Nəvai adına Daşkənd Dövlət Opera və Balet Teatrında “Daşkənd baharı-2017” dördüncü Beynəlxalq opera və balet festivalının açılışı olub. Festivalda Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın opera və balet sənətinin tanınmış nümayəndələri, dirijorlar iştirak edirlər.

“Daşkənd baharı-2017”yə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Afaq Abbasova da qatılıb. Musiqi bayramı ünlü özbək bəstəkarı Mustafa Bafoyevin “Sevgimin səması” operası ilə açılıb. Mərasimdə festivala gələn qonaqlar səhnəyə dəvət edilib, tamaşaçılara təqdim olunublar. Festivalda Cüzeppe Verdinin “Traviata” və “Trubadur” operaları da göstəriləcək. Tamaşaların quruluşçu rejissoru Azərbaycanın və Özbəkistanın xalq artisti, Dövlət mükafatı laureatı Firudin Səfərov, dirijor, Özbəkistanın xalq artisti Dilbər Əbdürrəhmanovadır. Cüzeppe Verdinin bu teatrın səhnəsində tamaşaya qoyulmuş altı operasından beşinin quruluşçu rejissoru tanınmış soydaşımız Firudin Səfərovdur.
Festivalın açılışında xarici ölkələrin Özbəkistandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər.

Xudaferin.eu
Özbəkistan, “Daşkənd Bürosu”

 

06:35