Dağlıq Qarabağ münaqişəsində sülhə nail olmaq üçün səyləri dəstəkləməyə hazırdır

 

ATƏT-in Avstriya sədrliyi Cenevrədə ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilmiş görüşü diqqətlə izləyib. Bu barədə Avstriya sədrliyinin ATƏT-in saytında dərc olunan rəsmi bəyanatında deyilir.

Bəyanatda qeyd olunur: "Biz prezidentlərin danışıqlar prosesinin aktivləşdirilməsi və təmas xəttində gərginliyin azaldılması üçün tədbirlər görülməsinə sadiqliyini görməkdən məmnunuq".

Sədrlik ümid edir ki, Ermənistanın danışıqlarda iştirakının bərpası Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə konkret addımlarda öz əksini tapacaq:

"ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik tərəfindən təmsil olunan ATƏT sədrliyi münaqişə tərəflərinin sülhə nail olması üçün göstərilən səyləri bundan sonra da dəstəkləməkdə davam etməyə hazırdır".

TREND İA

09:44