Dağıstanda yük maşını sürücülərinin tətili davam edir

 

Dağıstanda uzun mənzilli yük maşını sürücüləri "Platon" sisteminin ləğvi tələbi ilə etiraz tətilinə davam edir.

Dünən Rusiyanın "Novaya qazeta" nəşrinin media mərkəzində keçirilən mətbuat konfransından sonra Dağıstan Daşıyıcılar Birliyinin təşkilatçısı Rüstəm Mallamaqomedov saxlanılıb. Aksiyanın koordinatorlarının sözlərinə görə, Dağıstanda ümumilikdə 40 mindən çox yük maşını sürücüsü etiraz edir. Xatırladaq ki, daha əvvəl Azərbaycan-Rusiya sərhədində azərbaycan yük maşını sürücülərinə bir neçə dəfə hücum edilib, o cümlədən Rusiya ərazisinə daxil olan avtomobillər və sürücülər naməlum şəxslər tərəfindən daşa tutulub, 30-dan çox avtomobilə ziyan vurulub, şüşələri sındırılıb, təkərləri deşilib. Bir neçə azərbaycanlı sürücü avtomobildən düşürülərək vəhşicəsinə döyülüb, bir nəfərin yük maşını yandırılıb. 

Qeyd edək ki, Rusiyada yük maşınları üçün "Platon" sistemi tətbiqinə başlanılıb. Bu sistemə əsasən, çəkisi 12 tondan ağır olan maşınların sürücüləri hər kilometrə əlavə pul ödəməlidir. İddialara görə, yerli sürücülər həmin pulu ödəmir və "Platon" sistemiylə pul ödəyən xaricilərə qarşı zor tətbiq edirlər.

Report.az

 

06:40