Cümhuriyyətin 99 illiyinə özəl...

Ötən yüzilliyin ilk sevdası, ilk göz ağrısı— Cümhuriyyətimiz!...

Taleyi məlum...
Sonra bu sevdanı vəfasızlar unutdu... Sadiqlər ürəklərində unudulmaz bir eşq kimi gizlətdilər... bir az cəsarətlilər pıçıltı ilə yad etdilər... Bir az da cəsarətlilər... Bütün hallarda bir qüdrətlə yanaşı, bir kövrəklik, bir həzinlik, bir həsrət nazikcə bir pərdə kimi örtdü bu sevdamızı... Amma bu sevda bitmədi... Uzun - uzadı danışmayacağam. Başqa bir yöndən gəldim bu mövzuya...

Cümhuriyyət deyərkən xatırladığım şəxsiyyətlərdən biri,bəlkə də,birincisi Ceyhun Hacıbəylidir... Onu düşünəndə ürəyimdən
bir sızıltı keçib həmişə... Bəzən əziz adamım kimi saatlarla şəklinə baxmışam... Kahr olası dövran!... Sən iclasa get... və geri dönə bilmə... Nə isə...

99 il öncə və... 1999-cu il!... Qardaşım Ilham Ismayil NATO-nun 50 illik yubileyinə dəvətli idi və Strasburqda olmalı idi... Ordan da Parisə səfər edəcəkdi... Hazırlıq görürdü... Mənə dedi ki, Parisdən sənə nə alım? Dedim, ən böyük hədiyyəm sənin gedib C.Hacıbəylinin, Topcubaşovun və Ümmülbanunun məzarlarını tapıb ziyarət etmən olacaq!... Əyilərsən Ceyhun bəyin məzarına, nəfəsin ruhuna toxunar, ruhu şad olar... Söz verdi... Hədiyyələr də aldı... İçimə bir fərəh gəlmişdi...
Və Strasburq!... Bir film kimi!... Təsadüfə bax!... Tədbir zamanı yanında əyləşən fransalı nümayəndə C.Hacıbəylinin qonşusu çıxmasınmı?!... Vallah, Tanrının ssenarisi idi bu... Ən mükəmməl rejissor işi idi bu!... Bu, ruhun duyması idi ki, dözməyib Strasburqa gəlmişdi... Çox söhbət ediblər, qonşuları haqqında hörmətə layiq sözlər söyləyib, bu firəng! Həmin adama İ.İsmayıl "Azərbaycan mətbəxi" kitabı və digər suvenirlər verir və Hacıbəylilərə çatdırmağı xahiş edir... Bəlkə, Parisdə görə bilmədim,-deyir... Bəlkə, bir gün İlham ismayıl özü bu barədə geniş yazar...

Vəə... Paris!... Qardaşım məzarları tapır... Uzaq-uzaq Firəngistanda Qarabağ ücün göynəyən, burada qardaşı Üzeyir Hacıbəylinin yanında boş qalmış məzarı hələ də aglayan birinin—Ceyhun Hacıbəylinin məzarı başında bir qarabağlı da başını önə əymişdi...

PS : C.Hacıbəyli barədə ikinci yazı sonraya qalsın...

Xudaferin.eu

23:49