Con Makkeyn Ukraynada savaş bölgəsində olub

ABŞ-ın nüfuzlu senatorları Con Makkeyn, Lindsi Qraham və Emi Klobuçar Ukraynada səfərdədir. Səfər çərçivəsində senatorlar ABŞ-ın Kiyevdəki səfiri Meri Yovanovitçlə birlikdə Donetsk vilayətində hərbi bölməyə baş çəkiblər.

Bu barədə məlumatı senatorlarla Donetskə səfər edən Ukrayna prezidenti Petro Poroşenko verib. Ukraynalı müdafiəçilərin amerikalı dostlarımızdan bunu eşitmələri çox xoş oldu: Biz təkcə Ukraynanın müstəqilliyini yox, həm də bütün demokratik dəyərləri müdafiə edirik. Onlar ukraynalı hərbçiləri Yeni il münasibətilə təbrik ediblər. Bu barədə Poroshenko öz Facebook səhifəsində yazıb.
“Ukraynalı müdafiəçilərin amerikalı dostlarımızdan bunu eşitmələri çox xoş oldu: Biz təkcə Ukraynanın müstəqilliyini yox, həm də bütün demokratik dəyərləri müdafiə edirik” - deyə Ukrayna dövlət başçısı Petro Poroşenko bildirib.

Amerikaninsesi.org

 

11:36