Con Dorian: ‘‘Əl Babda Türk ordusuna dəstək vermək üçün danışıqlar aparılır’’

Amerika Birləşmiş Ştatlarının  rəhbərliyindəki  koalisiya qüvvәlәrinin  sözçüsü Con  Dorian  Əl Babda Türk ordusuna dəstək vermək üçün danışıqlar aparıldığını söylәyib. Pentaqonda keçirilən  telekonfransda Bağdaddan  iştirak edən Amerikalı komandir Con Dorian  İraq və Suriyada terror təşkilatı DEAŞ-a qarşı aparılan əməliyyatlarla bağlı sualları cavablandırıb.

Dorian  İncirlik bazasının koalisiyaya әhәmiyyәtli şәrait yaratdığını  bildirib. Dorrian bazanın  kəşfiyyat  və hava hücumlarının hәyata  keçirilməsində istifadə edildiyini qeyd edərək, Türkiyənin Suriyanın şimalında apardığı әmәliyyatların çox  әhәmiyyәtli  olduğunu vurğulayıb. Dorian  Suriyanın şimalında hazırda Amerika əsgərlərinin Türk əsgərləri ilә çalışdıqlarını lakin dəqiq olaraq harada olduqlarını deyә bilmәyәcәyini  bildirib. Con Dorian koalisiya qüvvәlәrinin  Əl Babda Türkiyəyə dəstək verməsi üçün diplomatik danışıqların davam etdiyini də qeyd edib.

Xudaferin.eu

08:38