Cocuq Mərcanlıya köçmək istəyənlərin siyahısı hazırlanıb

 

“Cocuq Mərcanlıya köçmək üçün 250-ə yaxın sakin müraciət edib”

 

Bunu Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Tapdıq Nəsirov deyib. O, bildirib ki, ilkin mərhələdə Cocuq Mərcanlı kəndində 50 ev tikiləcək: “Digər mərhələdə isə 150 evin tikilməsi nəzərdə tutulub. Bizə 250 nəfər müraciət edib. Siyahını hazırlayıb Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təqdim etmişik. İlkin mərhələdə gedəcək sakinlərin hansı kriteriyalara əsasən seçiləcəyini Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi müəyyən edəcək”.

Qeyd edək ki, ölkə prezidentinin sərəncamına əsasən Cocuq Mərcanlının bərpasına 4 milyon manat vəsait ayrılıb. Kəndin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi həyata keçiriləcək. Növbəti mərhələdə isə 150-200 evin tikintisi və bərpası nəzərdə tutulur.

Cebhe.info

 

06:26