Cənubi Koreya prokurorluğu sabiq prezidentə qarşı ittiham irəli sürəcək

Bu gün Cənubi Koreya Respublikasının prokurorluğu vəzifəsindən kənarlaşdırılan sabiq prezident Pak Kın Xeyə qarşı rəsmi ittiham irəli sürəcək.

Xudaferin.eu-nun RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Cənubi Koreyanın sabiq prezidenti Pak Kın Xe martın 30-da həbs edilib. 

O rüşvətxorluqda, hakimiyyətdən sui-istifadədə və məxfi məlumatları rəfiqəsi Tsoy Sun Silə ötürməkdə ittiham olunur. Martın 10-da Cənubi Koreyanın Konstitusiya Məhkəməsi prezident Pak Kın Xenin impiçmentini təsdiqləyib

Hazırda ölkədə prezident səlahiyyətlərini baş nazir Xvan Qe An icra edir. Cənubi Koreyada növbədənkənar prezident seçkiləri mayın 9-da keçiriləcək.

Xudaferin.eu

16:00