Çinin Azərbaycandakı səfiri Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində olub

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Çin Xalq Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri xanım Quo Min ilə görüşüb.

Daimi nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasındakı münasibətlər, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə iqtisadi əlaqələr, kənd təsərrüfatı, nəqliyyat, təhsil, səhiyyə və digər sahələri əhatə edən layihələr, rəsmi səfərlər, qarşıda duran vəzifələr və maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Xudaferin.eu


 

15:20