Çində nəhəng sualtı robotlar yaradılacaq

Çin süni intellektə malik nəhəng və nisbətən ucuz XLUUV pilotsuz sualtı gəmilərin istehsalına başlayacaq.

Xudaferin.eu “South China Morning Pos”a istinadla xəbər verir ki, gəmilər müxtəlif məqsədlər, o cümlədən kəşfiyyat, minalanma və düşmən qayıqlarının taranı üçün istifadə olunacaq.

Robotlaşdırılmış sualtı qayıqların 2020-ci ildən sonra istifadəyə veriləcəyi gözlənilir.

Onlar insanların idarə etdikləri qayıqları əvəzləməyəcəklər, lakin ABŞ-ın Cənubi Çin dənizindəki və Sakit okeandakı hərbi gəmilərinin qarşısının alınmasında yardım göstərməlidirlər.

Xudaferin.eu

14:33