Çinarə Əlizadə Varşava Böyük Teatrı və Milli Operasında çıxış edəcək

 

Varşava Böyük Teatrı və Milli Operasında (Teatr Wielki – Opera Narodowa) P.Çaykovskinin “Qu gölü” baletinin nümayişinə başlanılır. Səhnə əsərində Odetta rolunu mayın 20, 23, 25 və 27-si tarixlərində Azərbaycanın əməkdar artisti, Rusiya Böyük Teatrının solisti, Polşa Milli Baletinin birinci solisti Çinarə Əlizadə ifa edəcək.

Qeyd edək ki, soydaşımız Çinarə Əlizadə Moskvada doğulub. O, Natalya Nestereva Yeni Humanitar Universitetinin Rəqs Akademiyasında və Moskva Dövlət Xoreoqrafiya Akademiyasında təhsil alıb. Çinarə Əlizadə A.Adanın “Jizel”, L.Minkusun “Bayaderka”, P.Çaykovskinin “Sonalar gölü”, “Şelkunçik”, “Yatmış gözəl”, S.Prokofyevin “Zoluşka”, D.Şostakoviçin “Qızıl əsr” və digər səhnə əsərlərində yaddaqalan obrazlar yaradıb. Əməkdar artist 2016-cı ildən Polşa Milli Baletinin birinci solistidir.

Xudaferin.eu
Polşa, “Varşava Bürosu”

14:45