Çin mediasında Azərbaycan Xalq Cümhuriyyətindən bəhs edilib

Pekin Xarici Dillər Universitetinin Asiya-Afrika fakültəsinin Azərbaycan dili kafedrasının müdiri Aqşin Əliyevin təşəbbüsü ilə Çinin https://mp.weixin.qq.com saytında 28 May – Respublika Gününə həsr olunmuş “Əzab və Şöhrət: Azərbaycan Xalq Cümhuriyyətinin tarixi" sərlövhəli məqalə yayımlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Pekin Universitetinin nəzdindəki Asiya Kollecinin Azərbaycan dili fakültəsinin tələbəsi Lu Sinin qələmə aldığı məqalədə ölkəmizin dövlətçilik tarixində baş vermiş mühüm hadisəni şərtləndirən ictimai-siyasi proseslər, cümhuriyyət qurucuları, AXC-nin yaranması, fəaliyyəti, həyata keçirdiyi siyasi-iqtisadi və humanitar islahatlar, əldə etdiyi nailiyyətlər və süqutu barədə müfəssəl məlumat verilib.

 

Xudaferin.eu

13:35