Çinə gələnlərin barmaq izləri götürüləcək

Çin hakimiyyəti ölkə ərazisinə gələn bütün xarici vətəndaşların barmaq izlərini götürəcək, bu barədə ÇXR İctimai Təhlükəsizlik Nazirliyi məlumat yayıb. 

Xudaferin.eu xəbər verir ki, yeni sistem ilk olaraq Şençjen şəhərinin beynəlxalq aeroportunda sınaqdan keçiriləcək. Sistem orada fevralın 10-dan işə düşəcək.  

Bu ilin sonuna qədər sistem bütün sərhəd məntəqələrində tətbiq ediləcək.  

Xarici diplomatlardan başqa, ölkəyə gələn 14 yaşından 70 yaşına qədər bütün xarici vətəndaşların barmaq izləri götürüləcək. 

Çin hakimiyyəti barmaq izlərinin götürülməsi ilə bağlı geniş yayılmış digər ölkələrin təcrübəsini tətbiq etməyə razılaşıb.

16:49