Çin "Boinq"dən kompensasiya tələb edir

Çinin üç ən böyük aviasiya şirkətindən biri olan “China Eastern Airlines” 14 ədəd “Boinq 737 Max” tipli təyyarənin istifadəsinin müvəqqəti dayandırılmasından yaranan maddi itkilərə görə ABŞ konsernindən kompensasiya tələb edir.

Xudaferin.eu xarici KİV-ə istinadən xəbər verir ki, "China Eastern Airlines" bununla "Boinq"dən sözügedən məsələyə görə kompensasiya tələb edən ilk Çin şirkəti olub. "China Eastern Airlines" daha əvvəldən sifariş etdiyi eyni tip bir neçə təyyarənin təhvil verilməsinin gecikdirilməsindən də narazıdır.

Qeyd edək ki, bu il martında Efiopiya hava yolları şirkətinə məxsus "Boeing 737-Max 8" təyyarəsinin qəzaya uğramasından sonra dünyanın bir çox aviasiya şirkəti istifadəsində olan eyni tip təyyarələrin uçuşlarını müvəqqəti dayandırmışdı. Bundan sonra "Boinq" qəzaya səbəb olunan texniki nasazlıqları araşdırmağa başlamaqla yanaşı, "Boinq 737-Max" təyyarələrinin yığılması prosesini dayandırmışdı.

 

xudaferin.eu

16:31