CHP-dən kritik açıqlama: Ana Yasa dəyişikliyi referendumunun nəticələr ləğv edilsin

 

Türkiyədə referendumdan sonra müxalifətdə olan CHP-dən kritik açıqlama gəlib.

Ana müxalifət Cühuriyyet Halk Partisi başqan yardımçısı Bülənt Tezcan kameraların qarşısına keçərək Seçki Komissiyasının etibarlı seçki keçirə bilməməkdə ittiham edib.

O, bildirib ki, millətin narahatlığını aradan qaldırmaq üçün tək bir yol var: “Yüksək Seçki Komissiyası seçki nəticələrini ləvğ etməlidir".

CHP nümayəndəsi əlindəki faktlara istinad edərək bildirib ki, Yüksək Seçki Komissiyası səsləri gizli sayıb. Bununla yanaşı, 1.5 milyon nəfərin səsvermə zamanı bülletenlərdə yalnışlıqlara yol verib. Ana Yasa və seçki qanunlarının müvafiq maddələrinə görə həmin bülletenlər yarasız hala düşdükləri üçün sayılmamalıdır. Ancaq, hakimiyyətdə olan AKP-nin Yüksək Seçki Komissiyasındakı nümayəndəsinin israrlı addımlarından sonra, Yüksək Seçki Komissiyasının sədri həmin bülletenləri hakimiyyətin maraqları ilə uzlaşdırmışdır. Bütün bu qanunsuzluqları nəzərə alaraq, CHP Ana Yasa Məhkəməsinə üz tutmaq qərarını verib.
Türkiyədə Cümhuriyyət Xalq Partiyası (CHP) Ana Yasa dəyişikliyi referendumunun nəticələri ilə bağlı Ana Yasa Məhkəməsinə müraciət üçün müvafiq sənədləri hazırlamışdır. CHP sədrinin köməkçisi Bülənd Tezcan referendumla bağlı şikayətlərini Ana Yasa Məhkəməsinə təqdim edəcəklərini açıqlayıb.

Bülənd Tezcan "Siyahıyaalınma keçirildiyi andan etibarən gizli siyahıyaalınma keçirildiyi şikayətləri gəlmişdi. Buna görə də Ali Seçki Qurumuna (YSK) şikayət etdik, ancaq nəticəsi olmadı" - deyə, bildirib. Mətbuat konfransında "Açıq səs, gizli siyahıyaalma prinsipinin tətbiq olunduğu dəyənəkli seçki tariximizin qara səhifəsində yerini alacaq" deyən Tezcan YSK-nın etibarlı bir seçki keçirmədiyini faktlarla sübut edib. Bülənd Tezcan gərginliyi azaldacaq yeganə hərəkətin referendumun etibarsız sayılması olduğunu qeyd edib.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

 

09:34