“Cəfəri məscidləri” Avropada azərbaycanlıları necə ələ alır - ŞOK AÇIQLAMA

Avropada İran “Cəfəri məscidləri” adı altinda illərdi fəaliyyətdədir. "Hizbullah"ın Avropa qanadının qərargahının da "Cəfəri məscidləri" olduğu deyilir".

Bunu Avrasiya.net-ə Avropada "Azərbaycanıin Dostları" Cəmiyyətinin sədri Elman Mustafazadə bildirib.

Onun sözlərinə görə, Avropada “Cəfəri məscidləri” son 20 ildə Azərbaycan vətəndaşlarını da içinə alaraq çox fəallaşıb: "Doğrudur, əvvəllər Avropada türk soyluların toplaşdiğı Ülkü Ocaqları vardı. Buraya dinindən asılı olmayaraq bütün türklər toplaşardilar. Müsəlman türklərlə yanaşı, xristian qaqauzlar, yəhudi dinine inanan karayimler və digər inanca sahib türklər. Təxminən 1995-ci ilə kimi ülkü ocaqları radikal hənəfi islamlaşmağa başladılar və fəaliyyətlərinin istiqaməti dəyişdi. Ülkü Ocaqlarının belə zəifləməsindən İran "Cəfəri məscidləri" məharətlə istifade edərək, siə türkləri etrafina toplamaga başladı. 

"Cəfəri məscidləri"nin əsas mərkəzləri Berlin, Straqburq, Paris və digər şəhərlərdir. 

İran şiəliyi və fars təəssübkeşliyini təbliğ edir. İranlilarin Avropaya gələnlərin əksəriyyəti ateist olduğunda “Cəfəri məscidləri”nə getmirlər. Orada Pakistan, Əfqanıstan, Türkiyə şiələri, xüsusən də iqdırlı və qarslılar üstünlük təşkil edirlər”.

E.Mustafazadə onu da bildirib ki, “Cəfəri məscidləri” təşkilatında Azərbaycan Respublikasının vətəndaşları da az deyil. Təşkilat rəsmiləri onların beyinlərini korlayır və Azərbaycana qarşı hazırlayırlar: “Azərbaycandan Avropaya gələnlərin qalmağa yerləri olmadıqda dərhal “Cəfəri məscidləri” onlara yardım edir. Sənədi qaydasinda olmayana sənəd düzəldir, iş tapır, maliyyə yardımı etməklə onları ələ alır. Və beləcə onlara irançılıq, farsçılıq təbliğ olunur. Ora üzv olan azəri türklərinə Qarabağı unutdurular və Azərbaycanın heç bir zaman müstəqil olmayacağını, ya Rusiyanın, ya da İranın tərkibində ola biləcəyi fikirlərini aşılayırlar. 

Son illər bu təşkilat həm Azərbaycana qarşı fəallaşıb, həm də aqressivləşib. Onlar qarşlarına çıxan vətənpərvər şəxslərə təsir edirlər ki, Qarabağ o zaman azad oluna bilər ki, Azərbaycanda demokratik prinsiplər bərpa olunsun. “Cəfəri məcsidlər”i deyir ki, niyə Azərbaycn İsraillə dostluq edir. Niyə Bakıda İsrailin səfirliyi açılıb. Yəni Azərbaycan-İsrail dostluqundan hiddətlənirlər”.

"Cəfəri məscidləri" Azərbaycandan olan ateist zilalilara bir neçə dəfə basqınlar ediblər. Belə xoşagəlməz hadisələr, Berlində, Brüsseldə və digər Avropa şəhərlərində olubdur.

E.Mustafazadə qeyd edib ki, bu təşkilat Azərbaycanın Avropadakı diplomatik korpuslarından daha güclü fəaliyyətdədir, həm maliyyə, həm də təsir imkanları genisdir: “Bu təşkilatın Avropada fəaliyyət göstərən əksər Azərbaycan diaspor təşkilatlarında adamları var və hətta Diasporla İş üzrə Dövlət Komitəsinə də yol tapa biliblər”

Avrasiya.net

12:59