Ceyhun Bayramovun Azərbaycan XİN-ə təyini müsbət dəyişiklik deməkdir

"Xudafərin" jurnalı daim E.Məmmədyarovun fəaliyyətini haqlı tənqdid etmişdir. XİN rəhbərliyinin yarıtmaz fəaliyyəti, quru danışıqlar xatirinə görüşlərin keçirilməsi sadəcə vaxt və maliyyə itkisi deyil, həm də diplomatik cəbhədə bizi zəiflədirdi.

 Diploamtik korpusumuzda milli maraqlardan çıxış etməyən diplomatlara yer verilmiş, vətənpərvərlər isə kənarda qalmışdır. Uzun illər bu haqda "Xudafərin" jurnalı həyəcan təbili çalmış və problemin köklü şəkildə həll olunmasının vacibliyini önə sürmüşdür. Bu haqda redaksiyamız uzun illər çıxış etmiş və uğursuzluqların əsas səbəbi kimi keçmiş XİN-nin rəhbərliyini və onun təyin etdiyi antimilli kadlarları göstərmişdir.

Öncəliklə təşəbbüskar olmaq lazımdır. İnformasiya dövründə informasiyalarla çox ciddi şəkildə işləmək lazımdır. Bu məkanda təşəbbüskar olmaq çox vacibdir. Təkcə xarici məkanda deyil, Azərbaycan daxilində də nazirliyin bəzi məsələlərə dair izahatları çox vacibdir. Burada nazirin rolu çox böyük ola bilər. Cənab prezident xüsusi olaraq qeyd etdi ki, nazirlik elə bil yoxdur. Hazırda cənab Ceyhun Bayramovun bu posta təyin olunmasını uğurlu seçim hesab etməklə yanaşı, onun təşəbbüskar və məsuliyyətli, xüsusilə vətənpərvər bir insan kimi Azərbaycanın xarici siyasətində dönüş yarada biləcəyinə inanırıq.

"Xudafərin" jurnalı

12:16