Çexiyada prezident seçkilərinin ikinci turu başlayıb

Çexiyada prezident seçkilərinin ikinci turu start götürüb.

Metbuat.az xəbər verir ki, səsvermə adəti üzrə iki gün - cümə gününün ikinci yarısında (saat 14:00-dan 22:00-dək) və şənbə gününün birinci yarısında (saat 08:00-dan 14:00-dək) keçirilir. Prezident seçkilərinin ikinci turunda ilk turun qalibləri – seçicilərin 38,57 faizinin səsini toplayan hazırkı Prezident Miloş Zeman və 26,6 faiz səs alan Elmlər Akademiyasının sabiq sədri İrji Draqoş mübarizə aparır.

 

Miloş Zeman özünün antimüsəlman baxışları ilə tanınır. O, 2015-ci ilin miqrasiya böhranını Avropaya “təşkil olunmuş müdaxilə” hesab edir. Zemanın fikrincə, Müsəlmanlar Avropa ölkələrinə inteqrasiya oluna bilməzlər. O, həmçinin dəfələrlə Rusiyaya qarşı sanksiyaların ləğv olunmasına çağırışlar edib.

Draqoş isə Avropa İttifaqı ilə əməkdaşlıq və Rusiyaya qarşı sanksiyalar tərəfdarıdır. Praqanın “Aİ-də daha fəal rol oynamasını” vacib hesab edən Draqoş Çexiyanın avronu valyuta qismində qəbul etməsini dəstəkləyir.

Çexiyada ümumi prezident seçkiləri ikinci dəfədir ki, keçirilir. 2013-cü ilədək respublikanın başçısı parlamentin hər iki palatasının deputatları tərəfindən seçilirdi. 2013-cü il seçkilərində Miloş Zeman 54,8 faiz səs toplayaraq prezident olub.

metbuat.az

11:51