Çexiyada irqçilik qalmaqalı

 

Çexiya sənaye və ticarət nazirinin müavini, qarşıdakı parlament seçkilərində Ustetsk diyarında Sosial-Demokratlar Partiyasından öz namizədliyini irəli sürmüş Karel Novotnı qaraçıların ünvanına söylədiyi fikirlərə görə rüblük mükafatdan məhrum ediləcək.

Nazirliyin bugünkü press-relizində bildirilir ki, nazir öz köməkçisinə ölkənin Əmək Məcəlləsində nəzərdə tutulmuş intizam cəzası kimi töhmət elan edib.

Xatırladaq ki, Novotnı Facebook şəbəkəsində qaraçıları meduzalara bənzədib, çünki onun fikrincə, bu milli azlıqların nümayəndələri “iyrənc və faydasız” varlıqlardır. Sentyabrın 15-də Karel Novotnı öz sözlərinə görə üzr istəyib və istefa verməyə hazır olduğunu bildirib. Nazir xəbərdarlıq edib ki, belə hal bir daha təkrarlanarsa o, Novotnını istefaya göndərəcək.

Xudaferin.eu
“Avropa Bürosu”

18:18