Cəbhədə vəziyyət gərginləşdi - Düşmən dinc sakinləri atəşə tutdu

 

Erməni silahlı qüvvələri Ağdam rayonunda dinc sakinləri atəşə tutub. Ötən gün axşam saatlarında Ağdamın Ayaq Qərvənd kəndinin otlaq sahələrində çobanlar atəşə məruz qalıblar. Çobanlar atəşdən yayına bilsələr də, kənd sakini Mehman Məmmədova məxsus iki qoyun tələf olub.

Azərbaycan Ordusunun cavab atəşindən sonra düşmən susdurulub, çobanlar ərazidən uzaqlaşıblar. Bölgədə süni şəkildə durumu ağırlaşdıran erməni silahlı birləşmələri əslində düşmən mövqeyi ilə üzbəüz yaşayış məskənlərində yaşayan yerli əhalini daim qorxu və təhdid altında yaşamağa məcbur etməklə insanların ruhunu psixoloji baxımdan sarsıtmağa çalışır. Bununla da erməni tərəfi eyni zamanda vaxt qazanmaq fürsətini ortaya atır. Belə ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə geri dönən məcburi köçkünlər üçün həyat şəraitinin yaxşılaşdırılması üçün atılan addımlar cəbhə boyunca yaşayan digər azərbaycanlı əhalinin ümidlərini xeyli dərəcədə artırmışdır. Ermənistan tərəfi isə, gözlənilməz addımlar ataraq atəşkəs rejimini pozmaqla burada yaşayanların arasında ruh düşgünlüyününün yaranacağına ümid edir.

 

Xudaferin.eu  

09:57