Cəbhədə gərginlik - Mərmi səsləri eşidilir

 

Ermənistan Silahlı Qüvvələri cəbhənin Ağdam rayonu istiqamətini 120 mm-lik minaatanlardan və 122 mm-lik toplardan atəşə tutub. Düşmən tərəfi əsasən qoşunların təmas xəttinə yaxın olan yaşayış məntəqələrinin ətrafına ümumilikdə 30-dan çox mərmi atıb.

Düşmən Azərbaycan ordusunun tutarlı cavab atəşi ilə susdurulur. Atəş nöqtəsində olan əməkdaşımızın verdiyi məlumata görə, mərmilər kəndlərin ətrafındakı əkin sahələrinə düşdüyünə görə heç bir itki yoxdur. Bundan başqa cəbhə kəndlərinin sakinləri düşmənin növbəti iyrənc təxribatını soyuqqanlılaq qarışlayarlar. Əhali arasında heç bir təşviş yoxdur. Hazırda ərazilərin müxtəlif hissələrində mərmi partlaması səsləri eşidilir.
Qeyd edək ki, Ermənistanda son aylar əhali arasında mövcud rejimə qarşı etirazları artıq lokal xarakter olmaqdan çıxmaq üzrədir. Başkənd İrəvanda faktiki olaraq, hər gün hakimiyyət əleyində piketlər və mitinqlər keçirilir. Bununla yanaşı, iqtisadi durumun daha da ağırlaşması 1998-ci ilin payızında hərbi çevrilişlə iqtidara gəlmiş “Müharibə Partiyası” öz möveqlərini ötən illərdən fərqli olaraq itirmək təhlükəsi ilə üzləşibdir. Buna görə də mövcud problemlərdən yayınmaq üçün, işğal altında olan Azərbaycan torpaqlarında hər gün hərbi diversiyaları gündəmə gətirməklə əhalinin başını qarışdırmaq taktikası ilə hərəkət edir. Digər yandan isə, Qarabağ ərazisində verdiyi itikilərin miqyasına məhəl qoymadan öz xarakterinə uyğun addımlar atmaqda, hər gün daha böyük yalnışlıqlara üz tutmaqdadır.

 

Xudaferin.eu

 

 

09:07