“Canımız Qarabağ, yazımız Qarabağ!” Tərtərdə

Tərtər rayonunda Azərbaycan Yazarlar Klubunun (AyAK) “Canımız Qarabağ, yazımız Qarabağ” layihəsi çərçivəsində rayon ictimaiyyətinin iştirakı ilə görüş keçirilib. Görüşdə Milli Məclisin deputatı Aqil Abbas, , şair Əbülfət Mədətoğlu və AyAK-ın sədri, yazıçı Elçin Hüseynbəyli iştirak ediblər. Tədbiri açan Səlimə Yusibova bildirib ki, belə görüşlər sərhədyanı rayonların əhalisi arasında böyük ruh yüksəkliyi yaradır, xüsusilə gənc nəsildə vətənpərvərlik hissini artırır. Aqil Abbas E.Hüseynbəylinin həyata keçirdiyi “Canımız Qarabağ, yazımız Qarabağ” adlı layihənin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirildiyini, əsas məqsədin şair və yazıçıların cəbhə bölgələrinə səfərini təşkil etmək, ictimaiyyət nümayəndələri və hərbçilərlə görüşlərin keçirilməsindən ibarət olduğunu bildirib.

E.Hüseynbəyli Azərbaycan Yazarlar Klubunun torpaqlarımızın işğaldan azad ediləcəyi günədək fəaliyyətdə olacağını deyib. Əslən Dağlıq Qarabağın məşhur Tuğ kəndindən olan şair Əbülfət Mədətoğlu köçkünlük dərdindən danışıb və Qarabağla bağlı yazdığı şeirlərini səsləndirib. Tərtərlilərin hər zaman qələbəyə can atdığını deyən rayon sakini Qədir Tərtərli qonaqlara rayon ictimaiyyəti adından təşəkkürünü bildirib. Qeyd edək ki, bundan əvvəl layihə çərçivəsində görüş Ağdam ictimaiyyəti ilə keçirilib.

Xudaferin.eu

12:50