Camal Əliyev Londonda Musiqiçilər Şirkətinin “Prince’s Prize” müsabiqəsinin qalibi olub

 

Violonçelçalan, beynəlxalq mükafatlar laureatı Camal Əliyev Londonda Musiqiçilər Şirkətinin (The Musicians’ Company) “Prince’s Prize” müsabiqəsinin qalibi olub.

Camal Əliyev müsabiqənin birinci mükafatına (10 000 funt-sterlinq) və bu nüfuzlu şirkətin gümüş medalına layiq görülüb. Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə bir sıra beynəlxalq festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub. Cari ilin martında “Sir Karl Jenkins” musiqi müsabiqəsinin birinci mükafatına layiq görülüb.

Xudaferin.eu
“Avropa Bürosu”

06:07