17 July 2021

Zəngəzur ilə bağlı Leninə göndərilmiş tarixi teleqram tapıldı: Erməni yalanları ifşa olunur FOTO

Ermənistanın ən çox qorxduğu məsələ nə vaxtsa, dünyada arxivlərin açıla biləcəyi və erməni yalanlarının bir-birinin ardınca ifşa olunacağı ilə bağlıdır.

Ancaq ermənilər nə qədər qorxsalar da, qarşısını almağa çalışsalar da onların yalanlarını boşa çıxara biləcək sənədlər ictimailəməkdə davam edir.

Belə ki, Rusiya arxivlərindən erməni yalanlarını ifşa edən növbəti tarixi sənəd - 1920-ci ilə aid teleqram tapılıb. Teleqramın məzmunundan onun məhz birbaşa SSRİ-nin qurucusu Vladimir İliç Leninə ünvanlandığı məlum olur.