15 July 2021

Prezident İlham Əliyev: Türkiyə bütün məsələlərdə Azərbaycanı dəstəklədiyi kimi, Azərbaycan da hər zaman Türkiyənin yanındadır

Bu gün qardaş Türkiyə Respublikası 15 iyul dövlət çevrilişi cəhdinin beşinci ildönümünü qeyd edir. Mən dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını verən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirəm.

Türkiyə dövlətinə qarşı yönəlmiş bu xəyanəti yalnız Sizin böyük fədakarlığınız və qardaş xalqınızın Sizin ətrafınızda sıx birləşməsi sayəsində önləmək mümkün olmuşdur. Milli birlik və həmrəyliyin, qətiyyətli liderliyin və güclü iradənin təntənəsi olan bu möhtəşəm qələbə Türkiyə xalqının yaddaşında əbədi olaraq qalacaqdır.

Azərbaycan Ordusunun Şuşa ətrafındakı mövqeləri atəşə tutulub

İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Səfirlik Azərbaycan vətəndaşlarını qısa zamanda Rusiya ərazisində hüquqi vəziyyətlərini tənzimləməyə çağırıb

Səfirlik Azərbaycan vətəndaşlarının qısa zamanda Rusiya Federasiyası ərazisində hüquqi vəziyyətlərini tənzimləməyə çağırıb.

Azərbaycanın Rusiyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Rusiya Federasiyası Prezidentinin 15 iyun 2021-ci il tarixli Fərmanına əsasən, xarici vətəndaşların bu ölkədə müvəqqəti qalma müddəti 2021-ci ilin 30 sentyabr tarixinədək uzadılıb.