13 July 2021

Ərəbdilli KİV-lərdə azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə məqalələr dərc olunub

Ərəbdilli KİV-lər Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən minatəmizləmə əməliyyatları barədə məqalələr yaymaqda davam edir.
AZƏRTAC xəbər verir ki, məqalələrdə Azərbaycan dövlətinin Ermənistan tərəfindən Qarabağda basdırılmış yüz minlərlə minanı zərərsizləşdirmək və işğaldan azad edilmiş rayonları dirçəltmək məqsədilə strateji plan həyata keçirdiyi bildirilir.
Qeyd olunur ki, Ermənistan minalanmış sahələrin xəritələrini təqdim edənədək Azərbaycan 44 min kvadratmetrə yaxın ərazini təmizləyib.

Prezident İlham Əliyev: Azərbaycanın şanlı Qələbəsi beynəlxalq hüququn, ədalətin və Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsidir

2020-ci il Azərbaycan üçün əlamətdar il olub, çünki Hərəkatın gündəliyində dayanan vacib mövzulardan biri uğurla həll edilib. Bildiyiniz kimi, 30 ilə yaxın idi ki, Ermənistan ərazimizin təqribən 20 faizini işğal altında saxlayırdı. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə aparıb. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan 1992-ci ilin fevralında Xocalı soyqırımını törədib, 106-sı qadın, 63-ü uşaq olmaqla, yüzlərlə dinc insanı qətlə yetirib. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınıb.