01 July 2021

Prezident: “Doing Business” hesabatında, Davos Forumunun reytinq cədvəlində bizim üstünlüyümüz göz qabağındadır

İnvestorların gəlməsi üçün digər vacib məsələ müasir infrastrukturun mövcudluğudur. Biz bu infrastrukturu son illər ərzində ardıcıl şəkildə yaratmışıq. Bu gün yenə də beynəlxalq mötəbər qurumlara istinadla deyə bilərik ki, bu sahədə də böyük uğurlar əldə etdik.

Azərbaycan Prezidenti: Gələn ilin iyul ayından başlayaraq biz investorları qəbul etməyə hazır olacağıq

Bu gün qoyulan təməl artıq işlərin başlanmasına təkan verir. Artıq birinci görüləcək işlər planlaşdırıldı, 850 hektarın 60 hektarı artıq layihələndirildi, detallı, müfəssəl layihələndirmə işləri aparılmışdır. Bu gündən etibarən tikinti işləri başlanacaq, infrastruktur layihələri, biznes mərkəzi, gömrük-keçid məntəqəsi və lazım olan digər sahələrdə işlər görüləcək.

Fransa portalı erməni hərbçilərinin Azərbaycan ərazisini atəşə tutmasından yazıb

Fransanın “LaMinute” portalında Ermənistan hərbçilərinin Azərbaycan ərazisini atəşə tutmasından yazıb.

​Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, yazıda Azərbaycan Müdafiə Nazirliyinin bəyanatına istinadla erməni əsgərlərin ötən il müharibədən sonra imzalanmış üçtərəfli Bəyanatı pozduqları, Tovuz rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərinə atəş açdıqları qeyd edilib.