09 June 2021

Nizami Cəfərov: Zəngəzur dəhlizi türk dövlətləri arasında əlaqələrin daha da dərinləşdirilməsində mühüm rol oynayacaq

Türk dünyasının 2020-ci ildə ən böyük uğuru Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfər oldu. Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, bu Qələbə, bu Zəfər bütün türk dünyasının zəfəridir.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı Nizami Cəfərov iyunun 9-da keçirilən beynəlxalq simpoziumda deyib.
Mərkəzin direktoru bildirib ki, zaman bizim xeyrimizə işləyir. Zəngəzur dəhlizi türk dövlətləri arasında əlaqələrin daha da dərinləşdirilməsində mühüm rol oynayacaq.

Bosniya və Herseqovina Parlament Assambleyasının xalqlar Palatasının sədri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının sədri Bakir İzetbeqoviçin başçılıq etdiyi nümayəndə heyəti iyunun 9-da Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.