06 June 2021

General Yücel Karauz: Ermənistanın israrla davam etdirdiyi mina terroru regionda qarşılıqlı etimada və sülh prosesinə təhdiddir

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Dövlət Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Kəlbəcər rayonunun Susuzluq kənd icra nümayəndəsinin müavini Arif Əliyevin minaya düşərək həlak olmaları Ermənistanın məqsədyönlü cinayətlərinin, qəsdlə törədilmiş terror aktının daha bir acı nəticəsidir. Beynəlxalq hüquqa və konvensiyalara görə, dinc əhaliyə təhlükə yaradan minalaşdırma hərbi cinayət sayılır.

Müdafiə Nazirliyi Kəlbəcər istiqamətində sərhəddə atəşkəsin pozulması xəbərini təkzib edib

Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər rayonu istiqamətindəki sərhəddə baş verən atışma barədə Ermənistan mətbuatının yaydığı xəbəri təkzib edib.
Bu barədə AZƏRTAC-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
“Sərhəddə vəziyyət sakitdir. Atəşkəsin pozulması halı qeydə alınmayıb. Ermənistan Müdafiə Nazirliyinin yaydığı xəbər bir daha bölgədəki vəziyyəti gərginləşdirməyə yönəlmiş bir təxribatdır”, - deyə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

Xudaferin.eu