04 June 2021

Azərbaycan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ikinci dövlətlərarası şikayəti göndərərək Ermənistandan minalanmış sahələrin xəritələrini verməsini tələb edib

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə insanların həyatı üçün təhlükə yaradan minaların yerlərinə dair Ermənistanın müvafiq xəritələri təqdim etməkdən imtinası ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (İHAM) dövlətlərarası şikayət göndərib.

Avropa Parlamentinin “sülh göyərçinləri”

Avropa Parlamentinin daha iki üzvü Cənubi Qafqazda “sülhün bərqərar olunması yollarını müzakirə etmək” adı altında Azərbaycana qarşı növbəti dəfə təbliğat kampaniyası təşkil ediblər. Avropa Parlamentinin Almaniyadan olan üzvü Viola Fon Kramon və vitse-prezidenti finlandiyalı Heydi Hautala “Dağlıq Qarabağda sülhə aparan yol və Avropa İttifaqının rolu” adlı vebinar təşkil ediblər.