09 May 2021

Paytaxt statusun mübarək, Şuşa – nə gözəl yaraşdı!

Ötən 29 ildə ən çox dilə gətirdiyimiz bu idi ki, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!” Bilirdik ki, zamanında Qacar ordusu üçün belə keçilməz səddə çevrilən Şuşa qalasını geri qaytarmaq çox çətindir, amma ümidimizi heç zaman üzmürdük, zəfərə inanırdıq. Çünki hamımız bilirdik ki, Şuşasız yaşamaq... yaşamaq deyil...

Azərbaycanın Xarici İşlər Nazirliyi faşizm üzərində Qələbənin 76-cı ildönümü ilə bağlı bəyanat yayıb

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi faşizm üzərində Qələbənin 76-cı ildönümü ilə bağlı bəyanat yayıb.
Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bəyanatda deyilir: 2021-ci il 9 may tarixi 1941-1945-ci illər faşizm üzərində Qələbənin 76-cı ildönümüdür. Bu əlamətdar gündə bəşər tarixinin ən dəhşətli savaşlarından olan müharibədə qələbənin əldə olunmasında misilsiz xidmətləri olan, şücaət və qəhrəmanlıq göstərən bütün əsgərlərin, zabitlərin, adi vətəndaşların hər birinin xatirəsini dərin hörmətlə anırıq.

Ukraynanın “Kiyev diplomatik” jurnalında Ulu Öndər haqqında məqalə dərc edilib

Ukraynanın nüfuzlu “Kiyev diplomatik” jurnalında həmvətənimiz, hüquq elmləri doktoru, Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, Ukraynanın Əməkdar təhsil işçisi Arif Quliyevin ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyi ilə əlaqədar məqaləsi dərc edilib.