07 May 2021

“ABŞ Bakının Türkiyə ilə birgə hərəkətindən məmnundur”

Elxan Şükürlü: “Rusiyanın ətraf ölkələrin müstəqil siyasətlərinə təsiri minimuma endirilməlidir”

“ABŞ-ın yeni administrasiyasının - Bayden komandasının dünya dövlətləri, o cümlədən Cənubi Qafqaz regionu ilə münasibətlərini necə quracağını bilmək üçün məşhur alim, analitik Zbiqnev Bjezinskinin 2012-ci ildə yazdığı ”Strateji baxış: Amerika və qlobal böhran" kitabını mütləq oxumaq gərəkdir".