05 May 2021

Misir portalı: Azərbaycan işğaldan azad olunmuş ərazilərində tarixi-mədəniyyət abidələrini bərpa edəcək

Misirin “Aldiplomacy” informasiya portalı “Azərbaycan işğaldan azad olunmuş ərazilərdə tarixi-mədəniyyət abidələrini bərpa etməklə Ermənistanın cinayətlərinin nəticələrini aradan qaldıracaq” sərlövhəli məqalə yayımlayıb.

Avropa Parlamenti üzvlərinin bilərəkdən saxta məlumatlara əsaslanaraq Aİ rəhbərliyinə müraciət etməsi təəssüf doğurur

Avropa Parlamentinin (AP) üzvləri Andrey Kovaçev (Bolqarıstan), Fransua Bellami (Fransa) və Lukas Furlas (Cənubi Kipr) birgə təşəbbüs göstərərək, AP-nin 119 üzvünün imzası ilə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyaenə və Avropa Şurasının prezidenti Şarl Mişelə məktub ünvanlayıb. Məktubun surəti, həmçinin Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borelə göndərilib.

Prezident İlham Əliyev: Bizim birgə layihələrimiz regionun siyasi, iqtisadi, nəqliyyat və energetika xəritəsini dəyişib

Azərbaycan və gürcü xalqları arasında münasibətlər uzun tarixə əsaslanır, əsrlər boyu davam edən yaxşı qonşuluq və dostluq tarixinə əsaslanır. Hesab edirəm ki, bu, böyük dinamikanı nümayiş etdirən və faktiki olaraq bir çox sahələri əhatə edən cari münasibətlərimizin inkişafı üçün çox yaxşı zəmindir.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycana səfərə gəlib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mayın 5-də Azərbaycan Respublikasına səfərə gəlib.
Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Ermənistan Azərbaycanın humanist addımları qarşılığında şovinizm, faşizm, təcavüzkarlıq niyyətini nümayiş etdirir

Prezident İlham Əliyevin nümayiş etdirdiyi humanist siyasətə uyğun olaraq üç erməni hərbçi ölkəsinə qaytarılıb. Azərbaycan indiyədək humanistlik nümayiş etdirərək bir çox mülki ermənini və hərbçini ölkəsinə qaytarıb. Ermənistan isə bunun əksinə olaraq, işğaldan azad edilmiş ərazilərin mina xəritələrini Azərbaycana verməkdən imtina edir. Ermənistan Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000-dək Azərbaycan vətəndaşı barədə informasiya verməkdən yayınır. İrəvan, eyni zamanda, Birinci Qarabağ müharibəsində əsir götürülmüş Azərbaycan vətəndaşları barədə məlumatları da gizlədir.