02 March 2021

Prezident İlham Əliyevin mətbuat konfransı – Azərbaycanın beynəlxalq informasiya məkanında növbəti qələbəsi

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında çox vacib və aktual məsələlərə toxundu. Dövlətimizin başçısı əsasən 44 günlük Vətən müharibəsi, 10 noyabr Bəyanatının imzalanmasından sonrakı mövcud vəziyyət və regionda baş verən proseslər barədə ətraflı şəkildə fikirlərini ifadə etdi. Mətbuat konfransının xalqımız üçün mühüm bir gündə - Xocalı soyqırımının 29-cu ildönümü günündə təşkil edilməsi xüsusi qeyd edilməlidir.

Almaniyada Xocalı soyqırımı ilə bağlı flaşmob təşkil edilib

Diaspora İş üzrə Dövlət Komitəsinin dəstəyi, Almaniya Azərbaycanlıları Alyansının və Berlin Azərbaycan Evinin təşkilatçılığı ilə Almaniyanın paytaxtı Berlin şəhərində Brandenburg qapıları önündə yerləşən Paris meydanında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş maraqlı fləşmob təşkil olunub.