14 February 2021

Robert Köçəryan iqtidar ola bilərmi?- Cəlladın addım səsləri,Dağlıq Qarabağın statusu...

Nikol Paşinyanın rəhbərlik etdiyi Mənim Addımım İttifaqı (Vətəndaş İttifaqı) bu günlərdə bəyan etdi ki, erkən seçkilərə ehtiyac yoxdur. Halbuki daha əvvəl baş nazir erkən seçkilərə getməyə hazır olduğunu bəyan etmişdi.

Ermənistan parlamentində mövcud olan 132 deputat yerindən 83-ü Vətəndaş İttifaqına məxsusdur. Çiçəklənən Ermənistan Partiyası (Gagik Tsarukyan) isə 24 yerlə ikinci sırada gəlir. Üçüncü sırada gələn Parlaq Ermənistan Partiyası (Edmon Marukyan) 17 deputat mandatına sahibdir.

Əsla Unutma!!!

Qarabağ münaqişəsinin yeni mərhələsinin başlamasından 33 il ötür.

1988-ci il fevralın 13-dən Azərbaycanın Stepanakert şəhəri, Mardakert, Əsgəran, Martuni, Şuşa rayonlarından ibarət Dağlıq Qarabağ Muxtar Vilayətində bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayır. Fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Soveti SSRİ, Azərbaycan və Ermənistan hakimiyyətləri qarşısında vəsatət qaldırır. Vəsatətdə vilayətin Ermənistana birləşdirilməsi istəyi yer alır, bununla separatçı hərəkat açıq təcavüzə çevrilir.