Deputat: Azərbaycan artıq Avropa, eləcə də dünyanın enerji və nəqliyyat mərkəzinə çevrilməyi bacarıb
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VII iclasının pandemiya səbəbindən videokonfrans formatında təşkil edilməsinə baxmayaraq, tədbir çox geniş tərkibdə baş tutdu. İclasda 18 ölkə, 19 şirkət və 5 aparıcı beynəlxalq maliyyə təsisatı təmsil olundu. Məlumdur ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarına Bakı şəhəri ev sahibliyi edir. Bu da təsadüfi deyil. Çünki dünyanın ən mühüm meqalayihələrindən biri olan Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarı Azərbaycan, daha dəqiq desək, Prezident İlham Əliyevdir.