12 February 2021

Ermənilər İrəvanda Holokost abidəsini təhqir etdilər - Foto-sübut

İrəvanda Holokost abidəsi təhqir edilib.Bu barədə sosial şəbəkələrin erməni seqmentində şəkillər yayılıb. Şəkilləri müşayiət edən şərhlərdə bildirilir ki, abidəni təhqir edənlər memorial kompleksin ermənilərə aid hissəsinə toxunmasalar da, yəhudi xalqının alman faşistlərinin hakimiyyəti dövründə məruz qaldığı soyqırımın - Holokostun qurbanlarının xatirisəni həsr olunmuş hissəyə qarşı vandallıq aktı törədiblər.

Ordumuz dünyanı SİLKƏLƏDİ: ABŞ analitikləri SENSASİON DETALLARI AÇDI FOTO

44 günlük Vətən müharibəsi Azərbaycan ordusunun tətbiq etdiyi yüksək dəqiqlikli silahlar, müxtəlif tipli pilotsuz uçan aparatlar və istifadə olunan hücum taktikası baxımından hələ də aparıcı dünya ölkələrinin hərbi mütəxəssisləri tərəfindən təhlil olunur. ABŞ başda olmaqla bir çox ölkələr isə artıq bu müharibənin təcrübəsini nəzərə alaraq silahlanma konsepsiyasına dəyişiklik edirlər, gələcəyin müharibələrində dronların kritik rol oynayacağını nəzərə alırlar.

Azərbaycanın Los Ancelesdəki baş konsulu ermənipərəst konqresmenlərə cavab verib

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ermənipərəst mövqeləri ilə seçilən ABŞ konqresmenləri Adam Şif (Adam Schiff) və Cəki Spierin (Jackie Speier) bu yaxınlarda dərc etdirdikləri, Azərbaycanı hədəf alan, saxta məlumatlarla zəngin və qərəzli məqaləyə cavab məqaləsi ilə çıxış edib.

Azərbaycanın Los Ancelesdəki Baş konsulluğundan APA-ya verilən xəbərə görə, məqalə fevralın 11-də ABŞ-ın “Medium” portalında dərc olunub.

İşğaldan azad olunan ərazilərdə nəqliyyat və rabitə infrastrukturunun qurulması məsələləri müzakirə edilib

Azərbaycan Respublikasının Prezidenti tərəfindən işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupunun nəqliyyat və rabitə infrastrukturunun qurulması məsələlərinə həsr edilmiş iclası keçirilib.

Milli Məclisin növbəti plenar iclası keçirilir

Fevralın 12-də Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilir.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, iclası Milli Məclisin sədri Sahibə Qafarova açaraq gündəliyi təqdim edib.

İclasın gündəliyinə 15 məsələ daxil edilib.

- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında;