08 February 2021

Milli Məclisin sədri Böyük Britaniyanın dövlət naziri ilə görüşüb

Fevralın 8-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Böyük Britaniyanın dövlət naziri xanım Vendi Morton ilə görüşüb.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, spiker qonağı salamlayaraq Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi Böyük Britaniya ilə siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu bildirib.

Böyük Britaniyanın dövlət naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın Avropa qonşuluğu üzrə dövlət naziri Vendi Morton Azərbaycana ikigünlük səfərə gəlib.

Xudaferin.eu Musavat.com-a istinadən xəbər verir ki, səfər iki ölkə arasında əməkdaşlığın “yaşıl energetika”nın inkişafı və iqlim dəyişikliyinə qarşı tədbirlər, habelə qadın hüquqlarının müdafiəsi və gender əsaslı zorakılığa qarşı mübarizə kimi sahələrinin gücləndirilməsinə istiqamətlənib.

Səfər çərçivəsində britaniyalı nazir bir sıra rəsmi görüşlər keçirəcək.