06 February 2021

Azərbaycanın Alban-udi xristian icmasının üzvləri Laçında "Ağoğlan" monastırını ziyarət edib

Azərbaycanın Alban-udi xristian icmasının nümayəndələri fevralın 6-da Laçın rayonu ərazisində yerləşən qədim alban məbədi “Ağoğlan” monastırını ziyarət ediblər.

APA-nın icma ilə birlikdə Laçına səfər edən əməkdaşı xəbər verir ki, səfər Müdafiə Nazirliyi tərəfindən təşkil edilib.

Tədbirə Alban-udi xristian icması ilə yanaşı, Vətən müharibəsində iştirak etmiş udi gəncləri də qatılıb.

Alban-udi xristian icmasının sədr müavini Danakari Rafik Araminin rəhbərliyi ilə “Ağoğlan” məbədində ayin keçirilib, dualar oxunub, şamlar yandırılıb.

Etibarlı gələcəyin inşası...

Bir neçə gün əvvəl Prezident İlham Əliyev “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncam imzaladı. Proqramın adından da göründüyü kimi, o, 2030-cu ilədək ölkəmizin sosial-iqtisadi inkişaf prioritetlərini özündə ehtiva edir. Burada, ilk növbədə, milli maraqlar və strateji planlamanın vəhdətini görürük. Azərbaycan fəlsəfi fikrində belə bir məşhur deyim var: “Milli olmayan bəşəri ola bilməz”.