03 February 2021

Fatma Yıldırım: "Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindən gözləntilər çoxdur"

“Azərbaycanla Türkiyə arasında münasibətlər dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Bütün sahələr üzrə dərin əməkdaşlıq əlaqələri üzərində qurulan bu münasibətlər “bir millət, iki dövlət” fəlsəfəsinə uyğun olaraq davamlı inkişaf edir. Dünyada elə bir dövlətlər yoxdur ki, Azərbaycanla Türkiyə qədər bir birinə yaxın olsun. Biz sarsılmaz qardaşlığımızı 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirdik”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq əlaqələri müzakirə olunub

Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Tbilisi şəhərinin meri Kaxa Kaladze ilə görüşüb.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasındakı strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin inkişaf tempindən məmnunluq ifadə olunub.

Ölkə rəhbərindən dələduzlara sərt cavab...

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibədə yüksək çinli məmurları sərt tənqid edib.

www.xudaferin.eu xəbər verir ki, bunların arasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, AZAL-ın prezidenti Cahangir Əsgərov və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov da var.

Dövlət başçısı adıçəkilən məmurlara lüzumsuz təkliflərinə görə sərt reaksiya bildirib:

Prezident Kəmaləddin Heydərova layiq olduğu yerin göstərdi...

"Fövqəladə Hallar Nazirliyi, mənə nazir müraciət edib, icazə verin, orada biz Fövqəladə Hallar Nazirliyinin Qarabağ regional mərkəzini yaradaq, Şuşa şəhərində. Yenə də eyni məqsədlə, yenə də torpaq, hələ ki, orada indi heç kim yoxdur, yenə də hasar, yenə də nə bilim tikanlı məftil, iqamətgah. Dövlət Sərhəd Xidməti. Bu təklifi indi desəm yəqin ki, mənim kimi indi Azərbaycan xalqı da güləcək. Mənə zəng edib deyir xidmətin rəisi ki, icazə verin biz sərhəd xidmətini Şuşa zastavasında yaradaq. Dedim ki, a kişi Şuşada sərhəd var? De də mənə Şuşada sərhəd var, yoxsa yox? Deyir yoxdur.