26 January 2021

Yeni regional tərəfdaşlıq konfiqurasiyasında yerləri və rolları Azərbaycan təyin edir

Azərbaycan-İran əlaqələri ənənəvi olaraq regionda dostluq və əməkdaşlıq münasibətləri kimi qiymətləndirilib və qarşılıqlı maraqlara söykənən tərəfdaşlığa əsaslanıb. Yanvarın 25-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfəri zamanı Vətən müharibəsində qazandığımız Qələbə münasibətilə səsləndirdiyi təbrikləri də bir daha bu dostluq və tərəfdaşlığın təzahürü kimi qiymətləndirilməlidir.

Vaşinqtondakı “Atlantik Şurası” Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə onlayn-seminar keçirib

Vaşinqtonda fəaliyyət göstərən ən nüfuzlu “beyin mərkəzləri”ndən biri – “Atlantik Şurası” (“Atlantic Council”) Ermənistan-Azərbaycan müharibəsinin yekunlarına və münaqişədən sonrakı dövrdə regional əməkdaşlığın perspektivlərinə həsr edilmiş onlayn-seminar keçirib.

Malayziya qəzeti: Azərbaycan sülh, yaxşı qonşuluq və regional əməkdaşlığın qətiyyətli müdafiəçisidir

Malayziyanın “Utusan Malaysia” qəzeti Azərbaycanın bu ölkədəki səfiri Qaley Allahverdiyevlə müsahibə əsasında geniş məqalə dərc edib. Yazı yanvarın 26-da qəzetin xarici xəbərlər üzrə peşəkar jurnalisti Taqib Şaker tərəfindən qələmə alınıb.