22 January 2021

NATO baş katibindən Azərbaycana dəstək

Elşən Mustafayev: “Azərbaycanın bu münasibətlərdən maksimum yararlanması...”

NATO-nun baş katibi Paris Beynəlxalq İşlər Məktəbinin keçirdiyi virtual tədbirdə nitq söyləyib və çıxışı zamanı Qarabağ münaqişəsinin, habelə Donbas və Cənubi Osetiyadakı vəziyyətin siyasi həlli ilə bağlı suala cavab verib.  Stoltenberq deyib ki, Abxaziyada və Cənubi Osetiyada Gürcüstanın ərazi bütövlüyü və suverenliyi pozulub və bu tamamilə yolverilməzdir.

Azərbaycanın enerji strategiyası uzaqgörənlik, effektiv qərar qəbuletmə və koordinasiyalı fəaliyyət planı üzrə uğurla icra olunur

Müasir dünyamızda enerji siyasəti siyasi müstəqillik və milli təhlükəsizlik baxımından olduqca böyük önəm daşıyan məsələlər kimi xarakterizə olunur. Mövcud reallıqlar göstərir ki, enerji XXI əsrin əsas determinatoru qismində çıxış edir. Bu determinatorun lokomotivi isə neft və qazdır. Xarici siyasətə enerji təhlükəsizliyi amili prizmasından yanaşdıqda enerji dünyada davamlı inkişaf üçün əsas element, çağdaş beynəlxalq münasibətlərdə isə əsas amillərdən biridir.

Qırğızıstan portalları Azərbaycanla Türkmənistan arasında əlaqələrin genişlənməsindən yazır

Qırğızıstanın “goldenbridgenews.com” və “centralasia.media” portalları Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə əlaqədar prezidentlər İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında keçirilən görüş barədə materiallar yayıblar.