17 January 2021

Dahi şəxsiyyətlərimizin ermənilər tərəfindən güllələnmiş büstlərinin Şuşaya qaytarılması böyük Qələbəmizin təsdiqidir

44 günlük Vətən müharibəsindəki şanlı Qələbəmiz nəticəsində işğaldan azad olunmuş ərazilərimizdə erməni vandalları tərəfindən tarixi, mədəni və hətta dini abidlərimiz vəhşicəsinə məhv edilib. Artıq bütün dünya bu vandallığın şahididir. Təkcə Azərbaycanın mədəniyyət beşiyi olan Şuşamızda 67 məscid dağıdılıb və yararsız hala salınıb.

Deputat: Prezidentin Şuşa səfəri ərazilərimizin bərpası işinin müqəddiməsi və ya yol xəritəsi də hesab edilə bilər

Vətən müharibəsi nəticəsində işğaldan azad edilən ərazilərimizdə Azərbaycan dövlətinin əsas prioritetlərindən biri quruculuq və yenidənqurma işlərinə start vermək oldu. Qısa zamanda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə 3 dəfə səfər etməsi özü-özlüyündə deyilənlərin sübutudur. Ayın 14-də Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Şuşa şəhərinə səfəri xüsusi özəlliyi ilə seçilir. Bu səfər ərazilərimizin bərpası işinin müqəddiməsi və ya yol xəritəsi də hesab edilə bilər.