15 January 2021

Əhməd İsmayılov: Media subyektlərinin stimullaşdırılması və rəqabət qabiliyyətlərinin artırılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulub

Bu gün dünyada media sərhədlərinin silinməsi, elektron informasiya cəmiyyətinə keçid nəticəsində kütləvi informasiyanın yayılma sürətinin kəskin artması, media məkanın dünyaya açılması yerli media subyektlərini aparıcı xarici media subyektləri ilə vahid informasiya mühitində rəqabət aparmaq reallığı ilə qarşı-qarşıya qoymuşdur. Bu vəziyyət beynəlxalq praktikanın dərindən öyrənilməsini, dünyanın qabaqcıl media subyektlərinin fəaliyyət prinsiplərinin araşdırılmasını, bu sahədə təcrübə mübadiləsinin aparılmasını tələb edir.

Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın "güllələnmiş heykəllər"i Şuşaya qaytarıldı FOTO

Şuşanın işğalı zamanı güllələnmiş və sonradan Bakıya gətirilmiş Azərbaycanın 3 dahi şəxsiyyəti - Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın heykəlləri Şuşaya qaytarılıb.

Xudaferin.eu Musavat.com-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Şuşaya səfəri zamanı heykəllərin açılışını edib.

Xudaferin.eu

“Arabnews”: Azərbaycan, Türkiyə və Pakistan arasında əlaqələr möhkəmlənir

Səudiyyə Ərəbistanının ingilis dilində nəşr olunan “Arabnews” qəzetində Pakistan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin İslamabadda keçirdikləri üçtərəfli görüş, həmçinin İslamabad, Ankara və Bakı arasında strateji tərəfdaşlığın möhkəmlənməsi haqqında məqalələr dərc edilib.