05 January 2021

Ermənistanda "böyük köç" başlayır: "Təhlükəsizlik zolağı"nın itirilməsi düşmən ölkəni boşalda bilər

Ermənilər Ermənistanı Azərbaycanın "ovuc"una düşmüş, hər an asanlıqla hərbi hədəfə çevrilə biləcək perspektivsiz ölkə hesab edirlər...

Ermənistan mətbuatının iddiasına görə, hazırda epidemiya erməniləri ölkədə tutan yeganə faktordur. Aviareyslərin bərpasından sonra ermənilərin kütləvi şəkildə ölkəni tərk etməyə başlayacaqları ehtimal olunur...

Ömər Çelik: Qarabağ probleminin Azərbaycanın maraqları çərçivəsində həlli ötən ilin mühüm hadisəsidir

Otuz ilə yaxındır ki, Minsk qrupunun həll edilməz hala gətirdiyi bir Qarabağ problemi azərbaycanlı qardaşlarımızın haqq, hüquq və mənafelərinin qorunması çərçivəsində aradan qaldırılıb. Prezident Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü paradında iştirak etmək üçün Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana səfər etməsi dostluq və qardaşlığımıza daha bir nümunədir. Bu zəfər münasibətilə bir daha azərbaycanlı qardaşlarımızı təbrik edirik.