01 January 2021

Mövludun mübarək Şəhidim!

Bundan sonra sənin ad günlərin sənsiz keçsə də, həmişə səni sevənlərin xatirələrində, ürəklərində yaşayacaqsan. Azərbaycan var olduqca, sənin kimi igidlərin adı tarixin bəzəyi olacaq.  Bu gün 21 yaşını qeyd edəcəkdi... 
Əliyev Kərim Qeyrətxan oğlu 2000 ci il, Yanvarln 1 də Xızı rayonunun Fındığan kəndində anadan olub. Hərbi xidmətini başa vurduqdan sonra, təcrübəli snayper kimi Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq orduya yazılır.

Prezident: Hər bir Azərbaycan vətəndaşı və xaricdə yaşayan soydaşlarımız fəxr edə bilərlər ki, biz müzəffər xalqın övladlarıyıq

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Hər il mən xalqa müraciət edərkən dünya azərbaycanlılarını bu gün münasibətilə və Yeni il münasibətilə təbrik edirəm. Bu dəfə isə bu təbrikin xüsusi önəmi var.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin müraciətində yer alıb.

GUAM-a sədrlik Gürcüstana keçdi

Gürcüstan bu gündən etibarən Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilata – GUAM-a sədrlik etməyə başlayıb.

Xudaferin.eu“Report”-a istinadən Gürcüstan bürosu xəbər verir ki, qonşu ölkə sədrliyi Azərbaycandan təhvil alıb.

Gürcüstanın GUAM-a bir illik sədrliyi dövründə əsas prioritetləri təşkilat daxilində qarşılıqlı əlaqələr, siyasi, sahələrarası və parlamentlərarası əməkdaşlığın gücləndirilməsi, həmçinin xalqlar arasında əlaqələrin dərinləşdirilməsi olacaq.

Prezident İlham Əliyev: 2020-ci il tarixdə bizim şanlı Qələbəmiz ili kimi qalacaq

2020-ci il tarixdə bizim şanlı Qələbəmiz ili kimi qalacaq. Azərbaycan Ermənistanı 44 gün ərzində məğlub edərək öz doğma torpaqlarını işğaldan azad edib. Bu Qələbə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Bu, tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin müraciətində yer alıb.