18 November 2020

Jurnalist təşkilatları Mehriban Əliyevaya müraciət etdilər

Azərbaycan mediasında 33 ildir Türk Dünyası, Qafqaz və Orta Şərqin ictimai, siyasi, mədəni və sosial həyatını araşdırma yazıları ilə tanınan Ənvər Börüsoydur. Son vaxtlar onun səhətində yaranmış prblemləri nəzərə alaraq ölkə mediasının ünlü simaları “Heydər Əliyev Fondu”nun prezidenti, Azərbaycan Respublikasının I Vitse-Prezidenti Mehriban Əliyevaya müraciət ediblər. Bu məsələ ilə bağlı elə Ənvər bəyin özü ilə görüşüb problemlərinin nədən ibarət olduğunu öyrənməyə çalışıdıq.

Kəlbəcərin erməni vandalizminə məruz qalması İspaniyanın “LA VANGUARDIA” və “EL MUNDO” qəzetlərində geniş işıqlandırılıb

İspaniyanın “LA VANGUARDIA” və “EL MUNDO” qəzetlərinin elektron versiyalarında yerləşdirilmiş videolarda Azərbaycan Respublikasının işğal altında olan Kəlbəcər rayonunun erməni vandalizminin daha bir nümunəsinə şahidlik etdiyi qeyd olunur (https://www.youtube.com/watch?v=0bHsMVBSJJE).

Vladimir Putin: Azərbaycan bütün dünya birliyinin ona məxsus hesab etdiyi əraziləri özünə qaytarıb

Ən başlıcası, qan tökülməsinə son qoymaq mümkün olub.
AZƏRTAC xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu fikri “Rossiya 24” telekanalına müsahibəsində söyləyib.
Prezident xatırladıb ki, Azərbaycan ilə Ermənistan arasında danışıqlar əvvəlcə 5 rayonun, sonra isə 2 rayonun Azərbaycana qaytarılması, Azərbaycanın Laçın rayonu ərazisində dəhliz yaradılması, köçkünlərin öz yerlərinə qaytarılması və Dağlıq Qarabağın statusunun tanınması prinsipi barədə olub. Vladimir Putin deyib: “Əgər biz bu razılaşmaya nail ola bilsəydik, müharibə olmazdı. Mən indi də buna tam əminəm”.