11 November 2020

Hikmət Hacıyev: İşğala əsaslanan status-kvonu bizə illər ərzində qəbul etdirməyə yönələn geosiyasi oyunları şəhidlərimiz darmadağın etdilər

Allah şəhidlərimizə rəhmət eləsin. Onlar qanları və canları ilə “fait accompli” prinsipi ilə işğala əsaslanan status-kvonu bizə illər ərzində qəbul etdirməyə yönələn geosiyasi oyunları darmadağın etdilər. Torpaqlarımız işğaldan azad olundu. Qarabağın ürəyi olan Şuşa azad edildi.

Rusiya sülhməramlıları Dağlıq Qarabağda tapşırıqları yerinə yetirəcək əraziyə yola düşüblər

Rusiya sülhməramlı hissəsinin hərbi qüvvələri atəşkəsə və Dağlıq Qarabağ münaqişəsi zonasındakı hərbi əməliyyatlara nəzarət etmək üçün tapşırıqları yerinə yetirəcəkləri əraziyə yollanıblar.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi bildirib.
“Hərbi kolonlar 250 km-dən çox yol qət etməli və Dağlıq Qarabağdakı təmas xətti boyunca, eləcə də Laçın dəhlizi boyunca Rusiya müşahidə postlarının yaradılması üçün sülhməramlı kontingent yerləşdirməlidir”, - deyə nazirliyin məlumatda qeyd edilir.

Xudaferin.eu