08 November 2020

Prezident İlham Əliyev: Əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı

Biz güc toplayırıq, məqsədyönlü şəkildə, yorulmadan, bütün təzyiqlərə baxmayaraq, güc toplayırıq və toplamışıq. İqtisadi güc. Əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə bildirib.

Prezident İlham Əliyev: 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır

İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə bildirib.

Üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda qürurla, vüqarla dalğalanır

Suverenliyimizin rəmzi, qürur və güvənc yerimiz üçrəngli bayrağımız bu gün qürurla illərdən bəri düşmən tapdağı altında qalan torpaqlarımızda dalğalanır, xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyini nümayiş etdirir.

Bu sözləri Xudaferin.eu AZƏRTAC-a istinadən açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Ermənistan nə qədər muzdlu toplasa da, Azərbaycan Ordusu qarşısında davam gətirə bilməyəcək

Qırx gündən artıqdır davam edən müharibədə xalımız, demək olar ki, hər gün qələbə müjdəli xəbərlər eşidir. Bu müddət ərzində 250–yə yaxın yaşayış məntəqəmiz, strateji əhəmiyyətli yüksəkliklər, 4 şəhər düşməndən azad edilib. Ermənistan ordusu hər gün xeyli sayda canlı və ağır texnika sarıdan itki verərək geri çəkilir. Artıq işğalçı ölkənin gəncləri cəbhə bölgəsinə getməkdən açıq şəkildə imtina edirlər. Ermənistan başladığı müharibədə bütün resurslarla bərabər, ordunun canlı qüvvəsini də əhəmiyyətli dərəcədə itirib və ciddi hərbçi qıtlığı ilə üzləşib.

Özbəkistan portallarında Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı məqalələr yerləşdirilib

Özbəkistan “kun.uz” və “fikr.uz” portalları Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar məqalələr yerləşdirib.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, “kun.uz” portalı MDB Hökumət Başçıları Şurasının noyabrın 6-da videokonfrans formatında iclasının keçirilməsi və tədbirdə Azərbaycanın Baş naziri Əli Əsədovun iştirakı ilə əlaqədar məqalə çap edib.