07 November 2020

Nazirlikdən ermənilərin Qubadlıdakı məscidi təhqir etməsi ilə bağlı BƏYANAT

Mədəniyyət Nazirliyi Qubadlı rayonundakı məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı bəyanat veri

Xudaferin.eu-un xəbərinə görə, bəyanatda deyilir:

“Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan Respublikasının tarixi ərazisi – Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı rayonlar bu günlər şanlı Azərbaycan Ordusu tərəfindən qarış-qarış yağılardan təmizlənir.

Müdafiə Nazirliyi: Düşmən cəbhənin bəzi sahələrində geri çəkilməyə məcbur edilib

Noyabrın 6-sı gün ərzində və 7-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Xudaferin.eu AZƏRTAC-a istinadən bildirilib ki, döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.